...

Aslanın bacısının toyu oldu

Cəmiyyət Materials 18 İyul 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /müx.TrendLife Vüqar İmanov/Qazaxıstanda doğulmuş, sonra Qırğızıstana köçmüş əməkdar artist Aslan Hüseynuvun ailəsində mühüm hadisə baş verib. Bacısı Nailə ailə həyatı qurub. İndi Hüseynovlar ailəsi cüt oldu: iki bacı, iki qardaş.

Toyda Aslan çox əsəbi idi. Toya dəvət olunan müğənnilər yalnız saat 10-11-də yaxınlaşacaqlarını bildirmişdilər. Lakin vaxtında özünü çatdıran Rəşad İlyasov, rəqqasə Fatimə, Rühəngiz Allahverdiyeva, Nadir Qafarzadə, İradə İbrahimova, Aygün Bəylər məclisi qızışdırdılar. Və nəhayət, məclisə "güclü artileriya olan" Nisə Qasımova və Flora Kərimova gəldi. Toyu isə aktyor, rejissor, Moskvadakı Azərbaycan estrada teatrının direktoru Sərxan Kərəmoğlu aparırdı. TrendLife müxbiri ilə söhbət edən müğənni söylədi ki, kürəkənləri əla oğlandır. Adı isə Hacıbəydir. Toy çox şən və maraqlı keçdi, hər kəs razı qaldı.

Xəbər lenti

Xəbər lenti