...

Növbəti əfv fərmanının imzalanması üçün siyahı Azərbaycan prezidentinə təqdim olunacaq

Cəmiyyət Materials 19 İyul 2007 11:20 (UTC +04:00)
Növbəti əfv fərmanının imzalanması üçün siyahı Azərbaycan prezidentinə təqdim olunacaq

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Növbəti əfv fərmanının imzalanması üçün siyahının yaxın günlərdə Azərbaycan prezidentinə təqdim olunacağı planlaşdırılıb. Bu barədə cümə axşamı Trend ə Prezident yanında Əfv Komissiyasının üzvü Azay Quliyev məlumat verib.

Onun sözlərinə görə, Əfv Komissiyasının sabah keçirilən növbəti iclasında siyahının tam təsdiqlənəcəyi gözlənilir.

Əfv Komissiyasının digər üzvü Vaqif Səmədoğlu isə Trend ə açıqlamasında bildrib ki, komissiya bu günə kimi 100-ə yaxın müraciətə baxıb. Səmədoğlu həbsdə olan jurnalistlərin əfv olunması məsələsinin prezidentin səlahiyyətinə aid olduğunu deyib. O, siyahının təqdim olunacağına qədər daha bir neçə müraciətə baxılacağını bildirib.

İndiyə qədər Azərbaycanda 40-dan artıq əfv fərmanı imzalanıb. Bunun nəticəsində 4378 nəfər bağışlanıb.

Xəbər lenti

Xəbər lenti