...

N-brother qrupunun rəhbəri Namiq Qafarov: "Bir çox qruplar özlərini bizə bənzədirlər, biz isə bu inqubatordan qaçırıq"

Cəmiyyət Materials 20 İyul 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /müx.TrendLfe Vüqar İmanov/Hamının tanıdığı N-brother qrupunun rəhbəri Namq qardaş indiki qrupların səviyyəsinin aşağı olmasından danışdı. Bu haqda Qafarov TrendLife müxbirinə bildirdi ki, "Mən özümdən razı halda öz qrupumu tərifləmək istəmirəm. Ancaq indki qrupların səviyyəsizliyini görəndə ürəyim ağrıyır. Onlar şou-biznesin adını batırırlar. Mən nəinki onların kəmiyyətindən, səviyyəsindən, hətta plagiatlıqlarından da narazıyam. Belə qrupları özəl adlandırıram. Onların nə səsi, nə də şəxsi imicləri var. Çox zəif repertuarları olan qrup solistlərinin isə musiqi təhsili çatışmır. Hoppanıb oynamaq lazım deyil, sima və profesionallıq göstərmək lazımdır. Görün, kişilərdən ibarət nə qədər qrup var. Bizim keçmiş imicimizi xatırladırlar. Bizim kimi eyni geyinir, eynək taxır, hətta bizim kimi oynayırlar. Biz həmişə bu inqubatorlardan qaçmışıq. Məhz buna görə də bizi sevir, hər yerə dəvət edirlər".

Xəbər lenti

Xəbər lenti