Azərbaycan, Bakı, 23 iyul /müx.TrendLife Ayəndə Dadaşova/Deyəsən, Azərbaycan şou-biznesi elə inkişaf edir ki, qonşularımızın daha çox diqqətini çəkir. Bu dəfə İran rejissorları Azərbaycanın əməkdar artisti Füruzə İbadova üçün "Məhəbbət", "İntizar" mahnılarına klip çəkəcəklər. Klipin rejissorları Almaniyada yaşayan İran azərbaycanlıları Muhamed və İrandan Səid Təbrizidir.
Müğənni füruzə İbadovanın TrendLife-a verdiyi məlumata görə, "Məhəbbət" mahnısıının sözləri Cabir Novruzun, musiqisi isə Oqtay Kazıminindir. "Klip bu dünyanın açarı olan məhəbbətə aiddir" - deyə müğənni öz fikrini bildirdi.
İkinci klip isə İran filmindən olan "Uzun gecələr"ə aid olacaq. Füruzə xanımın sözlərinə görə, bu mahnı İran müğənnisi Ququş tərəfindən çox bəyənilib. Onu da qeyd edək ki, mahnını ilk dəfə hazırda Amerikada yaşayan Ququş ifa edib.