...

Bagira Türkiyədə klip çəkdirməyə hazırlaşır

Cəmiyyət Materials 23 İyul 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/müx.TrendLife Fəridə Məhərrəmqızı/Gənc müğənni Bagira yaxın günlərdə Türkiyəyə gedəcək. TrendLife-in əməkdaşı ilə söhbətdə müğənni bildirib ki, səfərdə məqsəd həm yeni albom buraxmaq, həm də klip çəkdirməkdir.

Bagiranın sözlərinə görə, o, klipi "Şən qızam" adlı mahnısına çəkdirəcək. Ekranlaşdırılacaq klipin Türkiyənin "Kral TV" telekanalında yayımlanması üçün qarşı tərəflə razılışma da imzalanıb. Bagira deyib ki, albom buraxmaqda və klip çəkdirməkdə ona Türkiyənin tanınmış prodüsseri Ercan Saatçı və Erol Kösə kömək edəcək.

Müğənninin sözlərinə görə, o, Türkiyədəki bəzi şirkətlərdən orada həm model, həm də müğənni kimi fəaliyyət göstərməsi üçün təkliflər alıb. Amma hələlik həmin təkliflərə müsbət cavab verməyə tələsmir.

Xəbər lenti

Xəbər lenti