...

Müstəqil Azərbaycan Universitetinin məhkəmə iddiası təmin edilməyib

Cəmiyyət Materials 27 İyul 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Cümə günü Ali Məhkəmədə hakim Əli Rüstəmovun sədrliyi ilə Müstəqil Azərbaycan Universitetinin (MAU) dövlət qeydiyyatının ləğv olunması ilə bağlı Təhsil Nazirliyinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb. Bu barədə cümə günü Bakıda Hüquq Marifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məlumat verib.

Əliyev qeyd edib ki, proses başlayan kimi MAU-nun nümayəndəsi universitetin təsisçisi Abbas Mustafayevin xəstə olması və hazırda xəstəxanada müalicə aldığı haqqında məhkəməyə arayış təqdim edib. Eyni zamanda nümayəndə təsisçinin heç bir yerdə işləmədiyinə dair arayış təqdim edib və universitetin hüquqlarını müdafiə etmək üçün vəkil ayrılmasını xahiş edib. Bundan sonra hakimlər müşavirəyə gediblər.

"Mən universitetin hüquqlarını müdafiə etməyə hazır olduğumu bildirsəm də, hakim bunu nəzərə almadı və şikayətlə bağlı heç bir araşdırma aparılmadı. Müşavirə otağından qayıdan hakimlər prosesdə vəkilin iştirak etmədiyini əsas gətirib şikayətin təmin edilmədiyini bildirdilər" - deyə Əliyev əlavə edib.

O bildirib ki, artıq bu şikayət üzrə ölkə daxilində olan bütün məhkəmə instansiyalarını keçiblər: "Ali Məhkəmənin qərarını alan kimi Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik".

Özəl təhsil müəssisəsi olan MAU Təhsil Nazirliyinin qərarı ilə ləğv edilib.

.

Xəbər lenti

Xəbər lenti