Azərbaycan, Bakı, 27 iyul \müx.TrendLife Vüqar Vüqarlı/Artıq xəbər verdiymiz kimi, tanınmış prodüsser və Ümumdünya Festivallar Təşkilatının üzvü Zaur Kamalın təşkilatçılığı ilə "Oxuyan jurnalist" müsabiqəsi keçirilir. Həmin müsabiqdə KİV nümayəndələri iştirak edirlər. Onlar nəinki yazmaq qabliyyətlərini, hətta yaxşı səslərini nümayiş etdirirlər. Buna əmin olmaq üçün dünən - 26 iyul tarixində "Sinema cluba" getmək lazım idi. Mən də redaksiyanın tapşırığı ilə orda oldum.
Jurnalistlərin oxumasını yalnız alqışlamaq olardı. Lakin onlar müğənnilərdən yalnız pis şeyləri öyrəniblər. Söhbət fonoqramadan gedir. Nəyə görə fonoqram altında oxuyurdular? Pis ifaya görə axı heç kim onları daşlamazdı. Sadəcə "minisovka" altında oxumaq olardı, tamaşaçılardan da yalnız alqış sədası eşidərdilər. Hələ bir neçə müxbirin, doğrudanda da, vokal qabliyyəti də vardı. Zaur Kamalın TrendLife-a verdiyi məlumata görə, bu layihə bir ay müddətində keçiriləcək. Həmin müsabiqədə 10-12 jurnalist iştirak edə biləcək. "Mən istəyirəm ki, jurnalistlərin və müğənnilərin maraqlarını yaxınlaşdırım. Onlar, doğrudan da, bir-birilərinə hörmət etsinlər. Hiss etsinlər ki, hər iki sənət eyni əziyyət və zəhmət tələb edir. Onu da qeyd edək ki, layihənin ikinci hissəsi gələn cümə axşamı saat 21:00-da həmin məkanda, yəni "Sinema Club"da olacaq.