...

Avqustun ilk günü Azərbaycanda havanın temperaturu 40 dərəcə olacaq

Cəmiyyət Materials 30 İyul 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Avqustun ilk günü Azərbaycanda havanın temperaturunun 40 dərəcə olacağı proqnozlaşdırılıb. Bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru İmran Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gündən başlanan isti hava kütləsi bir neçə gün davam edəcək. Hesabat dövründə yağmursuz hava şəraiti hökm sürəcək. Məmmədov yaxın bir neçə gün davam edəcək isti hava şəraitinin normadan bir neçə dərəcə yüksək olacağını deyib.

Azərbaycanda iyul ayı havanın temperaturu aylıq normadan aşağı olub.

Xəbər lenti

Xəbər lenti