...

Türkiyə türkdilli ölkələrlə vizasız rejim tətbiq edib

Cəmiyyət Materials 30 İyul 2007 17:02 (UTC +04:00)

Türkiyə hökuməti birtərəfli şəkildə bir sıra türkdilli ölkələrlə viza rejimini ləğv edib, Türkiyənin "Today's Zaman" nəşrinin verdiyi məlumatada belə deyilir. Müvafiq qərar aprelin 29-da "Rəsmi qəzet"də çap olunub. Qərar Azərbaycan, Monqolustan, Özbəkistan, Tacisikstan və Türkmənistan vətəndaşlarına şamil edilir. Lenta -nın məlumatında bildirilir ki, qərar Türkiyəyə 30 gündən az bir müddətə gələnlər üçün nəzərdə tutulub.

Türkiyənin vizasız rejim tətbiq etdiyi ölkələrin siyahısını genişləndirmək barədə niyyətini ölkənin xarici işlər naziri Abdulla Gül iyulun sonunda bəyan edib. Onun sözlərinə görə, müvafiq razılıq iyulun əvvəlində Orta Asiya dövlətləri nümayəndələrinin Türkiyədə keçirilən yığıncağında əldə olunub. Analoji rejim artıq Qazaxıstan, Qırğızıstan, Gürcüstan, həmçinin Səudiyyə Ərəbistanı və Küveyt vətəndaşları üçün fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti