...

Azərbaycanda Milli Ekspert Şurası təsis olunub

Cəmiyyət Materials 1 Avqust 2007 12:05 (UTC +04:00)
Azərbaycanda Milli Ekspert Şurası təsis olunub

Azərbaycan, Bakı, Trend / 2007-ci il avqustun 1-də Azərbaycanda Milli Ekspert Şurası (MEŞ) təsis olunub. Təsisçilər Trend , "Xəbərlər-Azərbaycan", "1news.az" informasiya agentlikləri və "Yeni inkişaf" Mətbuat Evidir.

MEŞ-in məqsədi Azərbaycanda yeni intellektual məkanın yaradılması, səmərəli ekspert cəmiyyətinin yaradılmasının stimullaşdırılması, ümummilli ideyalar və strateji layihələr bazarının formalaşdırılması, ölkənin strateji inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsinə dəstək göstərməkdir.

MEŞ-in əsas vəzifələri sırasına siyasət və işgüzar dairələrin aparıcı simalarının, ictimai liderlərin, analitik və ekspertlərin, KİV nümayəndələrinin Azərbaycanın müasirləşməsi prosesinin genişləndirilməsi, cəmiyyətdə sabitliyin və demokratik inkişafın dəstəklənməsi məqsədilə ictimai, siyasi və şəxsi planda yaxınlaşması üçün şəraitin yaradılması daxildir.

Azərbaycan cəmiyyətinin bütün təbəqələri arasında qarşılıqlı anlaşmaya nail olunması və dialoqun qurulması MEŞ-in hədəflərindəndir.

MEŞ öz fəaliyyətini yerli və xarici dövlət və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəraitində qurmaq fikrindədir. Şura MEŞ-in Azərbaycan intellektual elitasının birliyi olaraq milli ictimai-siyasi brend kimi beynəlxalq ictimaiyyətə təqdim olunması üçün dünyanın aparıcı tədqiqat və analitik mərkəzlərilə əlaqələri inkişaf etdirmək fikrindədir.

Milli Ekspert Şurasının ilk iclası 2007-ci ilin sentyabrında keçiriləcək. İclasda MEŞ-in qısa və orta müddətli perspektiv üçün fəaliyyət proqramı təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti