...

Şəkidə xəstəxananın bir hissəsi uçub

Cəmiyyət Materials 2 Avqust 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Şəki rayonunun Turan qəsəbəsindəki xəstəxananın ambulator hissəsi uçub. Bu barədə cümə axşamı Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sehran Məmmədov məlumat verib.Məmmədov bildirib ki, rayonun Cəfərabad sahə xəstəxanası qəzalı vəziyyətdədir. XIX əsrin sonlarında tikilən binanın istismar müddəti bitib. Sahə xəstəxanaları üçün 200.000 manat vəsait ayrılsa da, hələlik təmir-bərpa işlərinə başlanılmayıb.

Şəki paytaxt bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti