...

Qrossmeyster Teymur Rəcəbov Eduard Dubovun reytinqində mövqelərini zəiflədib

Cəmiyyət Materials 6 Avqust 2007 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun Eduard Dubovun İsveçrə sistemi üzrə FİDE Komissiyası üzvünün reytinqindəki mövqeləri zəifləyib.

Trend in xəbərinə görə, bu yaxınlarda Bil turnirində (İsveçrə) altıncı yeri tutan şahmatçımız reytinqdə doqquzuncu yerdən onuncu yerə düşüb. Lakin bu dəyişiklik Rəcəbova rusiyalı Pyotr Svidler, israilli Boris Qelfand, ingilis Maykl Adams, macarıstanlı Yudit Polqar və digər tanınmış şahmatçıları qabaqlamağa maneə törətmir. Eyni zamanda, Şəhriyar Məmmədyarov doqquzuncu yerdə qərarlaşıb. Lakin təsnifatda bir qədər də yüksələ bilər.

Qeyd edək ki, hazırda reytinqin lideri Harri Kasparovdur. Beynəlxalq karyerasına son qoyan Kasparov hələlik Vişvanatan Anand və Vladimir Kramniki qabaqlayır.

Xəbər lenti

Xəbər lenti