...

Baş həkim: "Oguzun 13 tibb müəssisəsinin durumu ağırdır"

Cəmiyyət Materials 6 Avqust 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Quliyev/ Mərkəzi Rayon Xəstəxanası da daxil olmaqla, Oguzun 13 tibb müəssisəsinin durumu ağırdır. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səid Hacıyev bildirib ki, xəstəxana 39600 rayon sakini və burada məskunlaşan 6000 qacqına səhiyyə xidməti göstərir. Baş həkim qeyd edib ki, kənd əhalisinə dörd kənd sahə xəstəxanası, bir həkim ambulatoriyası və 23 tibb məntəqəsi xidmət edir. Hacıyevin sözlərinə görə, kənd sahə xəstəxanalarından ən ağır durumda olanı kecən əsrin 30-cuillərində tikilən Xacmaz kənd xəstəxanası və təxminən onunla həmyaşıd olan Rayon Mərkəzi Xəstəxanasıdır: "Kənd sahə xəstəxanalarından Xacmaz kənd sahə xəstəxanası ən ağır durumdadır. Hər an ucmaq təhlükəsi var. Biz bu problemi həll etmək məqsədilə Rayon Icra Hakimiyyəti, Səhiyyə Nazirliyi qarşısında dəfələrlə məsələ qaldırmışıq və Prezident Aparatına da verilən sorğulara cavab göndərmişik".Kəndlərdə olan tibb məntəqələrinin əksəriyyətinin uyğunlaşdırılmış binalarda yerləşdiyini, onlardan 12-nin tamamilə yenidən tikilməsinə ciddi ehtiyac olduğunu nəzərə çatdıran Hacıyev Rayon Mərkəzi Xəstaxanasının da 20-ci, 30-cu illərdə tikildiyini və müasir tələblərə cavab vermədiyini vurğulayıb. Hacıyev son 10 ildə cavan kadrların rayona həkim kimi gəlmədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti