...

Bugün axşam Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanacaq

Cəmiyyət Materials 6 Avqust 2007 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Bugün axşam Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanacaq. Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarının cavab kartlarının yoxlanılmasını başa çatdırıb və bu gün axşam nəticələr saat 21.00-da http://www.tqdk.gov.az internet ünvanında yerləşdiriləcək.

Abituriyentlər TQDK-nın saytında "2007/2008-ci il tədris ilində qəbul imtahanlarının nəticələri" bölməsindən oyrənə bilərlər. Bunun üçün iş nömrəsini xüsusi qrafaya yazmaq lazımdır.

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı şikayətlər, bütün məsələlərə avqustun 15-dən etibarən TQDK-da yaradılmış apellyasiya komissiyasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti