...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi şahid ifadələri ilə davam edib

Cəmiyyət Materials 7 Avqust 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi şahid ifadələri ilə davam edib.

Əvvəlcə R.Əliyevə məxsus olmuş "Prestij" mağazalarında aparılan vergi yoxlamalarında iştirak etmiş Vergilər Nazirliyinin vergilər departamentinin 3 saylı filialı üzrə audit şöbəsinin vergi müfəttişi Eldar Musayev dindirilib. O, ifadəsində göstərib ki, yoxlama nəticəsində mağazalarda vergilərin məbləğinin 81,292, 41 AZN azaldılması müəyyən edilib. Həmçinin mağazalarda və "Prpestij"in baş ofisində ikili mühasibat sənədləri aşkar edilib. Sənədlər təhlil olunarkən məlum olub ki, qızıl-zinyət əşyalarının satış qiymətləri mühasibat uçotunda dəfələrlə ucuz qiymətə rəsmiləşdirilib. Sonra şahid qismində vergi müfəttişi Bəhmən Abbasov ifadə verib. Şahid ifadəsində göstərib ki, "Azpetrol" Şirkətlər Qrupuna daxil olan "Azinvest" əmlak xidmətində 2005-ci ilin oktyabr ayından 2006-ci ilin aprel ayınadək vergi yoxlamasında iştirak edib. Yoxlama nəticəsində 57, 960,11 AZN vergi məbləğinin azaldılması müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti