...

İnessa Qorxmaz yenidən "AzərReyl"ə qayıda bilər

Cəmiyyət Materials 7 Avqust 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Ötən mövsümü İtaliyanın "Recina" klubunda keçirən azərbaycanlı voleybolçu İnessa Qorxmaz "AzərReyl"ə dönə bilər.

Bu günlərdə Bakıya gələn yığma veteranı Trend ə bildirib ki, Çempionlar liqasının yeni mövsümündə "AzərReyl"in tərkibində çıxış etmək imkanlarını nəzərdən keçirir. "Əgər mən "AzərReyl"ə lazım olsam, burada oynamağın əleyhinə deyiləm. Həm ailəmə yaxın olaram, həm vizalarla problem olmaz və yol uzun deyil. Yaxud da hansısa türk klubunun təklifini qəbul edə bilərəm. Yəni əgər özüm üçün bir şey tapsam, oynayacam. Axı indi prioritetim ailəmdir" - deyə Qorxmaz vurğulayıb.

Qeyd edək ki, Yaponiyadakı mundialdan (2006-cı il) sonra Qorxmaz beynəlxalq karyerasına son qoysa da, yığmanın baş məşqçisi Faiq Qarayev ondan komandaya bu mövsumdə də kömək etməyi xahiş etmişdir.

Xəbər lenti

Xəbər lenti