...

Gəncə məktəblərinin kompüterləşdirilməsi prosesi bu il tam başa çatacaq

Cəmiyyət Materials 8 Avqust 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Gəncə / " müx. V.Məmmədov/ Yeni tədris ilində Gəncə məktəblərinin kompüterləşdirilməsi prosesi tam başa çatacaq. Bu barədə məlumat verən Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyevin sözlərinə görə, hal-hazırda şəhərin 15 orta məktəbində 364 kompüter məktəblilərin istifadəsindədir. Sentyabr ayında isə yerdə qalan 34 orta məktəbə də Təhsil Nazirliyi tərəfindən 553 kompüter təqdim ediləcək və bununla da Gəncə məktəblərinin kompüterləşməsi prosesi sona çatacaq.

Əliyev qeyd edib ki, hələlik hər orta məktəbdə 1-2 kompüter otağı fəaliyyət göstərəcək. Gələcəkdə isə bu otaqların sayı artırılacaq.

Hazırda Azərbaycanda bu sahədə Dovlət Proqramı həyata keçirilir. İndi olkənin ümumtəhsil məktəblərində ilkin peşə ixtisası "İnformatika müəllimi" olan 1600 müəllim fəaliyyət göstərir. Lakin indiki dövrün tələbləri baxımından bu gün məktəblərdə informatika müəllimlərinə olan real tələbat 10000 nəfərə yaxındır. Bundan əlavə, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, müxtəlif fənn müəllimlərinin onlardan tədris prosesində istifadəsi kompüter siniflərinin bu prosesə hazırlığını tələb edir. Kompüter sinfində lazımi proqram təminatının yüklənməsi, dərs deyən müəllimlərə kömək etmək üçün kompüter siniflərində tədris köməkçi heyətin (laborant) olması vacibdir. Kompüter siniflərinin köməkçi heyətlə, eləcə də informatika və hesablama texnikası fənninin kadr təminatı əsas problemlərdən biridir. Bu problemin həlli qarşıdakı illərdə ölkədə on minə yaxın yeni iş yeri yaradacaqdır.

Layihənin həyata keçirilməsi nəticəsində 4521 məktəb kompüter avadanlığı ilə təchiz olunacaq və İnternetə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti