...

İşgəncələr Əleyhinə Komitə bir neçə cəzaçəkmə müəssisəsində monitorinq keçirib

Cəmiyyət Materials 8 Avqust 2007 17:18 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində monitorinq keçirib. Komitə sədri Elçin Behbudov çərşənbə günü Trend ə bildirib ki, monitorinq zamanı məhkumların saxlanma şəraiti, qidalanması və onlara qarşı işgəncə faktlarının olub-olmadığı öyrənilib. Behbudov monitorinq keçirilən müəssisələrdə bəzi mproblemlərin olduğunu və bununla bağlı Penitensiar Xidmətinin rəhbərliyinə məlumat verəcəyini bildirib. 12 saylı müəssisə istisna olmaqla digər 2 müəssisədə istehsalat sahələri yoxdur və məhkumlar işlə təmin olunmayıblr. 12 saylı cəzaçəkmə müəssisəsində isə 670 məhkumdan 77-si işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti