...

Xəyanət dəhşətli sözdür

Cəmiyyət Materials 8 Avqust 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust / "TrendLife" müxbir V. Vüqarlı/ Əzizlərim, xəyanət sözü çox dəhşətli sözdür. Mən bu barədə mədəniyyətin bir çox qadınlarının fikrini öyrənmək istədim. Görəsən onların istədikləri kişiləri onlara xəyanət etsələr necə qarşılayarlar? Sizin həyat yoldaşınız sizə qadın və ya kişi ilə xəyanət etsə necə olarsınız? Mən bu sualı xanımlarımıza verəndə çoxları bu suala cavab vermədi çoxları isə cavablarının çap olunmasını istəmədi. Nə edək əziz xanımlar bu bizim işimizdir. Bizim işimiz sual verməkdən ibarətdir. Beləki aktrisa Zemfira Nərimanova hər şeyi ürəyinə çox yaxın götürdü: "Mən hər iki vəziyyətdə onlarla münasibətimi kəsərəm. Əgər mənə kişi ilə xəyanət etsə onda özümü gic hesab edərəm. Belə çıxar ki, mən onu heç vaxt tanımamışam".

Müğənni Nura Suri isə bunu çox sərt qəbul etdi: "Əgər o, mənə qadınla xəyanət etsə bunu başa düşərəm. Çünki kişiləri fiziki cəhəttdən təmin etmək lazımdır. Özlərinə əmin olmayan xanımlar bunu biləndə dərd edərlər. Mən axı bilirəm ki, sevməyinə o, ancaq məni sevəcək. O ki qaldı mənə kişi ilə xəyanət etməsinə bu mümkün deyil. Çünki mən mavi kişiylə görüşmürəm, görüşəndə normal kişi ilə görüşürəm. Müğənni Elnarə isə "Mənə qadınla xəyanət olsa, onu heç vaxt bağışlamaram. Hətta o, şəhzadə olsa belə. Kişi ilə xəyanət etsə elə bilərəm ki, eksperiment etmək azrusundadır".

Xəbər lenti

Xəbər lenti