...

Müstəqil Azərbaycan Universiteti tələbələrinin məhkəmə tərkibinə etirazı qəbul edilməyib

Cəmiyyət Materials 13 Avqust 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Müstəqil Azərbaycan Universiteti (VFE) tələbələrinin məhkəmə tərkibinə etirazı qəbul edilməyib. Tələbələrin məhkəmədəki nümayəndəsi İntiqam Əliyev bazar ertəsi Trend ə bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, şikayəti araşdıran məhkəmənin bütün tərkibinə edilmiş etiraza Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev baxaraq, onu əsassız sayaraq təmin etməyib.

Avqustun 14-də Baki şəhər Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə Müstəqil Azərbaycan Universitetinin 250-yə yaxın tələbəsinin Təhsil Nazirliyinə qarşı təhsil hüququnun bərpası və dəymiş zərərin ödənilməsinə dair iddiasıüzrə məhkəmənin növbəti iclası keçiriləcək.

2006-cı ilin yazında Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etdikdən sonra universitetin tələbələri digər ali məktəblərə köçürülmə tələbi ilə müxtəlif aksiyalar keçirməyə başlayıblar. Nəticədə 1-ci, 3-cü və 4-cü kurs tələbələri digər universitetlərə qəbul olunub. Lakin 2-ci kurs tələbələrinin problemi həllini tapmayıb. Təhsil Nazirliyi 2-ci kurs tələbələrinin universitetə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar, yəni qanunsuz qəbul edildiyini bildirib və onları digər təhsil müəssisələrinə göndərmək istəməyib. Bu səbəbdən tələbələr ay yarımdan artıq aclıq aksiyası da keçiriblər.

Xəbər lenti

Xəbər lenti