...

FK "Xəzər" daha bir braziliyalıya göz qoyub

Cəmiyyət Materials 14 Avqust 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər" klubu daha bir braziliyalı legioner ala bilər.

Yevlaxda "Karvan" üzərində minimal qələbə qazandıqdan sonra lənkəranlılar Bakıya yollanıblar. Burada komandaya braziliyalı Çelso Ferreyra qoşulmalıdır. Bu yarımmüdafiəçi Braziliyanın ikinci divizionunun "Marilla" klubunda çıxış edir. Ferreyra çempionluq uğrunda mübarizədə "Xəzər"ə kömək edə bilər. Ancaq istənilən halda Ağasəlim Mircavadovun başçılıq etdiyi məşqçi korpusu öncə Ferreyranın potensialını qiymətləndirməlidir. Yalnız bundan sonra braziliyalının Lənkərandakı perspektivlərinə tam aydınlıq gələcək.

Qeyd edək ki, mövsümlərarası transfer pəncərəsi artıq bağlanılıb. Bu üzdən də Ferreyra "Xəzər"lə müqavilə imzalasa belə, komandaya yalnız ikinci dövrədə kömək edə bilər.

Xəbər lenti

Xəbər lenti