...

Ukraynanın voleybol üzrə yığması Qubada təlim məşq toplantısı keçirir

Cəmiyyət Materials 14 Avqust 2007 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/Ukraynanın qadınlardan ibarət voleybol yığması avqustun 20-də start götürəcək Heydər Əliyev Kubokunun iştirakçı yığmaları arasında ilk olaraq Bakıya gəlib.

Milli Federasiyadan verilən məlumata görə, hazırda kollektiv Qubadadır və start ərəfəsində təlim məşq toplantısı keçirir.

Sonra isə yığma meydan sahibləri ilə bir neçə sınaq görüşü keçirəcək, belə ki, Faiq Qarayevin yetirmələri turnirin başlıca favoritləridirlər. Kollektiv tezliklə Avropa qran-prisi, həmçinin Belçika və Lüksemburqda baş tutacaq qitə çempionatında çıxış edəcək.

Debüt xarakteri daşıyan yarışda Türkiyənin, Yunanıstanın və İsrailin yığmaları iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti