...

Nüşabə Ələsgərli yeni albom hazırlayır

Cəmiyyət Materials 14 Avqust 2007 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust/ "TrendLife" , müxbir Günel Əhmədova/ İbrahim Tatlısəsin sonuncu Bakı səfərindən sonra adı şou-biznes səhifəsinə qızıl həriflərlə yazılan Nüşabə Ələsgərli indi də imperatorun mahnılarının təsiri altına düşüb. Yay istirahətini yekunlaşdırmaq ərəfəsində olan müğənni planları haqqında "TrendLife"a danışdı. Müğənni dedi ki, yaxın aylarda yeni albomu işıq üzü görəcək. O, topluya türk mahnıları, daha doğrusu İbrahim Tatlısəsin repertuarından mahnılar daxil edəcək: "Seçim imkanı geniş olduğundan, hələlik tərəddüd edirəm. Alboma 11 mahnı daxil edilməlidir. Bunların bir qismini yerli bəstəkar mahnıları təşkil edəcək". Vaxtilə tele-aparıcı kimi görünən Nüşabə Ələsgərli bunu yeni mövsümdə də davam etdirəcək. Yenidən ekrana qayıdan müğənni yaradıcı qrupla birgə tele-layihənin ssenari və süjet xətti üzərində çalışdığını söylədi.

Xəbər lenti

Xəbər lenti