...

Cüdoçu Ramil Qasımov Universiadada yaponiyalı idmançıya qalib gəlib

Cəmiyyət Materials 15 Avqust 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. Z.Səfərov/ Azərbaycanlı cüdoçu Ramil Qasımov (66 kq) Banqkokda keçirilən Ümumdünya Universiadasındakı çıxışına qələbə ilə başlayıb. Trend in xəbərinə görə, 1/16 finalda həmyerlimiz yarışın favoriti sayılan yaponiyalı Toşiaki Umetsuya heç bir şans verməyib. Yaponiyalı idmançı yalnız 1,5 dəqiqə tab gətirə bilib. Bundan sonra Ramil "ippon" fəndini işlədərək təmiz qələbə qazanıb. 1/8 finalda idmançımız iranlı Möhsen Zakariya ilə görüşəcək.

Universiadada digər Azərbaycan-Yaponiya qarşıdurması isə Asiya nümayəndəsinin xeyrinə nəticələnib. Belə ki, Araz Muxtarov vaxtından əvvəl Masaxiko Otsukiyə məğlub olub. Şahan Alməmmədova (57 kq) isə ispaniyalı Yaxayra Aqirraya yenilərək medal uğrunda mübarizəni dayandırmalı olub.

Xəbər lenti

Xəbər lenti