...

Azərbaycan yığması Heydər Əliyev Kubokunda optimal heyətlə çıxış edə bilməyəcək

Cəmiyyət Materials 16 Avqust 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması avqustun 20-də Bakıda start götürəcək Heydər Əliyev Kuboku öncəsi itkilərə məruz qalıb.

Trend in verdiyi xəbərə görə, yarışda komandanın veteranı Yelena Şabovta iştirak edə bilməyəcək. Şabovta dizindəki zədəni müalicə etdirir və bu üzdən fiziki foması o qədər də qənaətbəxş deyil. Heyətdə həmçinin Kseniya Kovalenko yer almayacaq. Qeyd edək ki, o, bu günlərdə ana olub. Analıq məzuniyyətində olan Oksana Məmmədyarova da komandaya kömək edə bilməyəcək. İnessa Qorxmaz isə yalnız ötən həftədən etibarən məşqlərini bərpa edib və bu üzdən də yarışa hazır deyil.

Buna görə də əsas yük kapitan Oksana Quliyeva, Valeriya Korotenko və Yelena Parxomenkonun üzərinə düşəcək.

Xəbər lenti

Xəbər lenti