...

Müğənni Yaqut Babayeva: "Biz müxtəlif müsabiqələrdə sms-siz laureat olmuşuq"

Cəmiyyət Materials 18 Avqust 2007 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir V. İmanov/ Gözəl və məlahətli səsi ilə yadda qalan müğənni Yaqut Babayeva həmişə yaradıcılığı ilə özünə ad qazanıb. Təssüf ki, yerli şou-biznesdə başqa qaydalar hökm sürür. Bu maliyyə üstünlüyü ilə cəngərlik qanunlarına bənzəyir. Müğənni Yaqut Babayeva "TrendLife"la söhbətində bunları bildirdi. "Çox təssüf ki biz artıq estradada yaşlaşmışıq. Və öz yerimizi qalmaqalla gündəmdə qalan müğənnilərə veririk. Bizim vaxtımızda tək bir kanala o da AZTV-yə çıxırdıq. O da ki qalmaqalsız, qiybətsiz. Sms vasitəsi ilə yox, müxtəlif müsabiqələrin qalibləri olurduq. Biz estradada öz yerimizi və qiymətimizi bilirdik. Əlbəttdə gənclərdən mənim Ayaz və Elnur xoşuma gəlir. Lakin belələri tək-tükdür.

-Flora Kərimova və İlhamə Quliyeva artıq neçə illərdir ki, bir-birləri ilə müharibə edirlər...

-Bu onların şəxsi işləridir. Mən hər iki sənətçiyə hörmət edirəm. Lakin bütün bu söz-söhbətləri efirə çıxartmaq olmaz. Hər şeyin öz yeri var. Hər kəs öz qiymətini bilməlidir. Vətənin adını batırmaq olmaz. Bizim söhbət zamanı yanımızda olan müğənnin 21 yaşlı qızı Şəms də söhbətə müdaxilə etdi. "Mən anama görə çox həyacan keçirirəm. Anam musiqisiz yaşaya bilmir. Hətta mətbəxdə yemək bişirdiyi vaxta da oxuyur. O, hazırki estradanın vəziyyətinə görə çox narahatdır".

Xəbər lenti

Xəbər lenti