...

Boks üzrə Rusiya yığması Bakıdakı dünya birinciliyinə heyətini müəyyənləşdirir

Cəmiyyət Materials 21 Avqust 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Rusiyanın boks üzrə gənclərdən ibarət yığması avqustun sonunda Bakıda keçiriləcək dünya birinciliyində iştirak egəcək heyətini müəyyənləşdirir.

Portal sportcom.ru-nun verdiyi məlumata görə avqustun 22-də "Çexov" ehtiyat olimmpiya bazasında sonuncu yoxlamalar keçiriləcək, yekunda isə komandanın tam heyəti müəyyənləşəcək.

Bununla belə hazırda dünya birinciliyində iştirak edəcək komandanın üzvlərinin sayı 37 nəfərə çatıb.

Yarışda Rusiyanın dəri əlcək ustalarından savayı Qazaxıstan, Özbəkistan, Kuba, ABŞ, İngiltərə, Almaniya, Misir, Hindistan, Koreya, Avstraliya və başqa ölkələrin boksçuları iştirak edəcək.

Yarışa həmçinin Dünya Həvəskar Boks Assosiyasiyasının prezidenti Çinq Kuo Vu da gələcək.

Xəbər lenti

Xəbər lenti