...

Məhkəmə azərbaycanlı jurnalistlərin şikayətinə baxıb

Cəmiyyət Materials 22 Avqust 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bakı şəhər Apellyasiya Məhkəməsi çərşənbə günü 15 jurnalistin Səbail rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxıb. Bu barədə Trend ə Media Hüququ İnstitutundan məlumat verilib.

Bir qrup jurnalistin aprelin 17-si və mayın 15-də mediaya basqılara son qoyulması tələbilə keçirmək istədikləri piket dağıdılıb. Həmin jurnalistlər aksiyanın dağıdılması zamanı onlara fiziki təzyiqlər göstərildiyini iddia edərək Səbail rayon Məhkəməsinə müraciət ediblər. Lakin məhkəmə onların iddiasını icraata götürməkdən imtina edib. Bu qərardan Apellyasiya Məhkəməsinə şikayət verilib.

Apellyasiya Məhkəməsində hakim Ələsgər Əliyevin sədrliyi ilə keçən iclasda jurnalistlərin müdafiəçisi Elçin Sadıqov bildirib ki, iddia ərizəsində qanunvericiliyin tələblərinə tam şəkildə əməl olunub: "Belə olan halda iddianın geri qaytarılması işin düzgün öyrənilməməsindən və qanunun yanlış şərh edilməsindən irəli gəlib" - deyən vəkil məhkəmədən qərardadın ləğv olunmasını xahiş edib.

Məhkəmə avqustun 30-da saat 14:30-da apellyasiya şikayəti ilə bağlı qərardad çıxaracaq.

Jurnalistlər əvvəlki iddialarında piketlərdə qanunsuz hərəkətlərə yol verən polislərin ümumilikdə 4.500.000 manat təzminat ödəməsini tələb ediblər.

Xəbər lenti

Xəbər lenti