...

Güləşçi Rafiq Hüseynov dünya birinciliyinin bürünc mükafatını qazanmağa yaxındır

Cəmiyyət Materials 22 Avqust 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Yunan-Roma üslübünda güləşən Rafiq Hüseynov ( 66 kq) Pekində gənclər arasında keçirilən dünya birinciliyində bürünc mükafatı qazanmağa yaxındır.

İlk görüşdə həmyerlimiz maracıstanlı Balintu Korpasini məğlub edib. Sonra isə kubalı Reyner Leska üzərində qələbəni qeyd edib. Lakin 1/4 finalda Rafiq rusiyalı Ruslan Belxaroyevə məğlub olub. Belxaroyev finaladək yüksəldiyi üçün idmançımız bürünc medal uğrunda təsəlli döyüşdə iştirak etmək hüququ qazanıb. İlk görüşdə onun rəqibi V.Zaporoyan (Moldova) - Genri Xauala (Finlandiya) cütlüyünün qalibi olacaq.

Yarışın ilk gününün nəticələrinə əsasən Azərbaycan yığması artıq iki gümüş mükafat qazanıb.

Xəbər lenti

Xəbər lenti