...

Bakıdakı boks üzrə dünya birinciliyində iştirak edəcək komandalardan artıq 25-i müraciətini təsdiq edib

Cəmiyyət Materials 24 Avqust 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Baku / Trend , müxbir Z.Səfərov/ Avqustun sonunda Heydər Əliyev adına İdman-Sərgi kompleksində start götürəcək boks üzrə gənclər arasındakı dünya birinciliyinə qatılacağı gözlənilən 25 ölkə artıq öz iştirakını təsdiq edib.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin bildirdiyinə görə, Bakıya gəlmək niyyətini artıq Rusiya, Kuba, Qazaxıstan, Özbəkistan, ABŞ, İrlandiya, Dominikan Respublikası, Ukrayna və digər ölkələr təsdiqləyiblər. Lakin hələlik digər ölkələrdən də müraciətlər gəlməkdə davam edir. Yaxın günlərdə bütün iştirakçı komandaların yekun siyahısı müəyyənləşdiriləcək.

Bakıda ikinci dəfə keçiriləcək mundiala Ümumdünya Həvəskar Boks Assosiasiyasının (AİBA) bütün rəhbər heyəti təşrif buyuracaq.

Xəbər lenti

Xəbər lenti