...

Prokurorluq polis rəisinin ölümü ilə bağlı cəzanın sərtləşdirilməsini istəyir

Cəmiyyət Materials 27 Avqust 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Gəncə şəhər Polis İdarəsinin şöbə rəisinin ölümü ilə bağlı təqsirləndirilən şəxsə ağır cəza verilməsi ilə bağlı prokurorluq apellyasiya protesti verib. Təqsirləndirilən Zabit Kazımov barəsində çıxarılan hökmlə razılaşmayan prokurorluq onun ləğv olunmasını istəyir. Kazımovun vəkili Nərminə Məmmədova bazar ertəsi Trend ə bildirib ki, həm apellyasiya protesti, həm də zərərçəkmişlərin apellyasiya şikayəti üzrə Gəncə şəhər Apellyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə hazırlıq iclası keçirilib. İş üzrə məhkəmə baxışı sentyabrın 3-də başlayacaq.

Kazımov istintaqda Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə ittiham olunurdu.

Məhkəmə istintaqı dövründə keçirilmiş məhkəmə tibb ekspertizası mərhum İkram Xəlilovun Kazımovun yumruq zərbəsindən öldüyü barədə istintaqın gəldiyi nəticəni təsdiqləməyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə isə onun əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi il tövsif edərək Kazımovu 3 il müddətinə azadlıqdan məhrum edib. Digər təqsirləndirilən Məmmədov isə 2 il şərti azadlıqdan məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilənin valideynlərinin sözlərinə görə, ötən ilin sonunda Xəlilovla Kazımov arasında yaranmış mübahisə zamanı polis rəisi Kazımovu təhqir edib. Kazımov polis rəisini yumruqla vurub. Sərxoş olduğu üçün müvazinətini saxlaya bilməyən polis rəisi yerə yıxılıb və aldığı zərbədən dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti