...

FİDE prezidenti sentyabrın 3-də Bakıya gələcək

Cəmiyyət Materials 29 Avqust 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Dəfələrlə Azərbaycanda olan FİDE prezidenti Kirsan İlümjinov sentyabrın 3-də Bakıya gələcək.

Trend xəbər verir ki, Milli Federasiya yüksək səviyyəli qonağı sentyabrın 3-12-də paytaxtda keçiriləcək qadın şahmat turnirnə dəvət edib və İlümjinov razılıq verib. Onun yarışı izləməklə yanaşı, Azərbaycanlı həmkarları ilə gələcək əməkdaşlıq perspektivlərini və Bakının bu cür və daha iri beynəlxalq yarışları keçirmək üçün namizədliyinin irəli sürülməsini müzakirə edəcəyi gözlənilir.

Qeyd etmək lazımdır ki, sonuncu dəfə İlümjinov Bakıya ötən il gəlib. Paytaxtda o, Milli Federasiyanın rəhbərliyi və gənclər və idman naziri Azad Rəhimovla görüşüb.

Xəbər lenti

Xəbər lenti