...

Azərbaycan güləşçiləri dünyanın ən yaxşı güləşçiləri seçilib

İdman Materials 9 Fevral 2012 11:23 (UTC +04:00)
Beynəlxalq Güləş Federasiyası 2011-ci ilin ən yaxşı güləşçilərinin adlarını açıqlayıb.
Azərbaycan güləşçiləri dünyanın ən yaxşı güləşçiləri seçilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.Mehdiyev/

Beynəlxalq Güləş Federasiyası 2011-ci ilin ən yaxşı güləşçilərinin adlarını açıqlayıb.

Trend-in Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, sərbəst güləş üzrə yığmamızın üzvü Şərif Şərifov (84 kq) və qadın güləşi üzrə yığmamızın üzvü Mariya Stadnik (48 kq) ilin ən yaxşısı seçilib.

2010-cu ildə təşkil olunan gənclər arasında Avropa birinciliyində verilən qərarla il ərzində iştirak etdiyi olimpiya oyunları, dünya və Avropa çempionatları, qızıl qran-pri yarışlarındakı nəticələrinə əsasən ilin ən yaxşılarını seçməyə başlayan FİLA artıq 2011-ci ilin də qaliblərini müəyyənləşdirib.

Sərbəst üsulla güləşənlər arasında topladığı xallara əsasən Şərif Şərifov (84 kq) ən yaxşı adını qazanıb. Türkiyədə təşkil olunan dünya çempionatının qalibi 21 xal toplayıb ki, bu da birincilik üçün yetərli olub. Şərifov 2011-ci ildə həm də Avropa üçüncülüyünü qazanıb.

Qadınlar arasında da Azərbaycan təmsilçisi "ən yaxşı" adına sahib çıxıb. 2011-ci ildə ölkəmizə Avropa çempionatında qızıl, dünya çempionatında isə gümüş qazandıran Mariya Stadnik (48 kq) 22 xal toplayıb.

Yunan-Roma güləşi üzrə isə türkiyəli Rıza Kayaalp (120 kq) fərqlənib. 2011-ci ildə Avropa ikincisi, doğma vətənində keçirilən dünya çempionatında isə çempion olan Kayaalp 22 xal toplayıb.

Xəbər lenti

Xəbər lenti