Azərbaycan, Bakı, 9 fevral /Trend/
Fevralın 11-də Xorvatiyanın Zaqreb şəhərində futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda play-off oyunlarının püşkatma mərasimi keçiriləcək.
Trend-in cümə axşamı AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, əsas seçmə mərhələdə qrupda birinci yeri tutan komandaların rəqibi play-off-a qrup ikincisi kimi vəsiqə qazanan yığmalar olacaq.
Play-off-da ilk oyunlar 25-28 mart, cavab qarşılaşmaları isə 8-11 aprel tarixlərində keçiriləcək.
Play-off-da mübarizə aparacaq komandaların siyahısı:
Qrup qalibləri
1. İspaniya
2. İtaliya
3. Serbiya
4. Portuqaliya
5. Ukrayna
6. Çexiya
7. Rusiya
Qrup ikinciləri
1. Norveç
2. Rumıniya
3. Sloveniya
4. Slovakiya
5. Azərbaycan
6. Belarus
7. Macarıstan
Futzal üzrə dünya çempionatının final mərhələsi noyabrın 2-dən 18-dək Taylandda keçiriləcək.