...

Azərbaycanın qadın şahmatçısının uğursuzluğu

İdman Materials 22 Fevral 2012 10:36 (UTC +04:00)
Gürcüstanda keçirilən qadınlar arasında Peşəkar Şahmatçılar Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə turnirə yekun vurulub.
Azərbaycanın qadın şahmatçısının uğursuzluğu

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir M.Əliyev/

Gürcüstanda keçirilən qadınlar arasında Peşəkar Şahmatçılar Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə turnirə yekun vurulub.

Trend-in məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarova 12 şahmatçı arasında sonuncu olub.

İlk 8 turda xal qazana bilməyən Məmmədyarova son 3 görüşünün ikisini yenə məğlubiyyətlə başa vurub.

O, Pia Kramlinq (İsveç, 2491) və Aleksandra Kostenyuka (Rusiya, 2537) uduzub.

Məmmədyarova son matçında Antoaneta Stefanovaya (Bolqarıstan) qalib gəlsə də, bu, turnir cədvəlində sonuncu pillədən yaxa qurtarmasına kömək etməyib.

Yarışda 1-2-ci yerləri 8 xala malik Kramlinqlə Nana Caqnidze (Gürcüstan, 2535) bölüşüblər.

Xəbər lenti

Xəbər lenti