...

Joze Mourinyo "oyun" oynayır

İdman Materials 29 Fevral 2012 14:23 (UTC +04:00)
"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyonun mövsümün sonunda yenidən İngiltərəyə qayıdacağı iddia olunur
Joze Mourinyo "oyun" oynayır

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir M.Əliyev/

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyonun mövsümün sonunda yenidən İngiltərəyə qayıdacağı iddia olunur.

Trend-in Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis həyat yoldaşı ilə birgə artıq İngiltərəyə yollanıb.

Cütlüyün Londonda özünə ev axtarması bu iddiaları daha da artırıb. 49 yaşlı mütəxəssisin "Tottenhem" və ya "Çelsi"ni çalışdıracağı bildirilir.

"Tottenhem"in çalışdırıcısı Hari Rednapın İngiltərə yığmasının baş məşqçisi postuna namizəd olması Mourinyonun şansını artırır. Son turlar uğursuz çıxışları ilə diqqət çəkən "Çelsi"nin baş məşqçisi Andre Villas Boaşın da komandadan gedəcəyi gözlənilir.

Belədə Mourinyonun bu iki komandadan birinin başına keçəcəyi daha real görünür. Lakin hazırda İngiltərədə olan Mourinyo evi özü üçün deyil, qızı üçün axtardığını bildirib.

Qeyd edək ki, Mourinyo 2004-2007-ci illərdə "Çelsi"ni çalışdırıb.

Xəbər lenti

Xəbər lenti