...

"Beşiktaş"lı oyunçunun qızını qaçırmağa cəhd edilib

İdman Materials 31 Mart 2012 14:36 (UTC +04:00)
Türkiyənin “Beşiktaş” futbol komandasının potuqaliyalı ulduzu Huqo Almeydanın 4 yaşlı qızı Matildanı qaçırmağa cəhd ediblər. Trend-in məlumatına görə , bu barədə “Hürriyət” qəzeti xəbər verir.
"Beşiktaş"lı oyunçunun qızını qaçırmağa cəhd edilib

Azərbaycan, Bakı, 31 mart /Trend/

Türkiyənin "Beşiktaş" futbol komandasının potuqaliyalı ulduzu Huqo Almeydanın 4 yaşlı qızı Matildanı qaçırmağa cəhd ediblər. Trend-in məlumatına görə , bu barədə "Hürriyət" qəzeti xəbər verir.

Məşhur futbolçunun həyat yoldaşı Andreya Almeyda 4 yaşlı qızı Matilda ilə birlikdə Sultan Əhməd Meydanında gəzintiyə çıxıb. Tərcüməçiləri Mustafa Nərminəllə birlikdə ana və qız Sultan Əhməd Məscidinə girmək istəyiblər. Andreya ayağından çıxardığı ayaqqabıları qoymaq üçün paket almağa gedən zaman Matılda tək qalıb. Bu fürsətdən istifadə edən Ayça S. adlı şəxs qızın qolundan çəkərək qaçırmağa çalışıb. Matildanın qışqırdığını eşidən ana Ayça S.-ni yaxalayıb. Bu zaman tərcüməçi də işə müdaxilə edib. Məscidin bağcasında oğurluq hallarına qarşı mübarizə aparan təhlükəsizlik qüvvələri həmin qadını dərhal nəzarət atına alıblar.

Andreya Almeydanın şikayəti ilə barəsində "azadlığa təhdid və uşaq qaçırmağa cəhd" maddəsi ilə cinayət işi açılan Ayça S. ifadə verməyib. Hadisəni eşidən kimi polisə gələn bacısı Olça S. onun şizofreniya xəstəsi olduğunu söyləyib.

Yeri gəlmişkən, 1.91 santimetr boyu ilə Türrkiyə Super Liqasının ən hündürboyli oyunçuları arasında yer alan Almeyda bu mövsüm ölkə çempionatında 13 qola imza atıb. Qeyd edək ki, məşhur futbolçunun 2 qızı var.

Xəbər lenti

Xəbər lenti