...

"Xəzər Lənkəran" və "İnter"in baş məşqçilərinə ciddi xəbərdarlıq edilib

İdman Materials 3 Aprel 2012 16:11 (UTC +04:00)
"Xəzər Lənkəran" və "İnter" futbol klublarının baş məşqçilərinə xəbərdarlıq edilib.
"Xəzər Lənkəran" və "İnter"in baş məşqçilərinə ciddi xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

"Xəzər Lənkəran" və "İnter" futbol klublarının baş məşqçilərinə xəbərdarlıq edilib.

Trend-in məlumatına görə, AFFA-nın İntizam Komitəsinin qərarı ilə XX Unibank Premyer Liqasının XXVI turunun "Xəzər Lənkəran" - "İnter" matçı başa çatdıqdan sonra hər iki klubun baş məşqçisi bir-birinə qarşı qeyri-etik munasibət bildirdiyi üçün hər iki məqşçiyə ciddi xəbərdarlıq edilib. Analoji hadisənin baş verəcəyi təqdirdə hər iki məqşçi ciddi cəzalanacaq.

Bundan başqa, martın 28-də XX Azərbaycan Kubokunun "Xəzər Lənkəran" - "İnter" matçının 83-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Aprelin 1-də XX Unibank Premyer Liqasının XXVI turunun "Xəzər Lənkəran" - "İnter" matçı başa çatdıqdan sonra "İnter" klubu hakimliklə bağlı öz etirazını bildirib. İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra aşağıdakı cərimə və cəzaları tətbiq edib:

"Xəzər Lənkəran" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat, oyunun 28-ci və 86-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 41-ci dəqiqəsində "İnter" klubunun 29 №-li futbolçusu Əziz Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 33 №-li futbolçusu Stefan Bates əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Matçın 85-ci dəqiqəsində "İnter" klubunun 4 №-li futbolçusu Valeri Abramidze hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Matçın hakimlər briqadasının idarəçiliyi haqqında Hakimlər Komitəsinə, matçın hakim-inspektoru haqqında isə Hakim-İnspektorlar Komitəsinə rəy bildirib İntizam Komitəsinə məlumat vermələri tapşırılıb.

Xəbər lenti

Xəbər lenti