...

Azərbaycan futzalçıları dünya çempionatından kənarda qaldı

İdman Materials 9 Aprel 2012 19:43 (UTC +04:00)
Bu gün futzal üzrə dünya çempionatının "play-off" mərhələsinin cavab oyunu keçirilib.
Azərbaycan futzalçıları dünya çempionatından kənarda qaldı

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bu gün futzal üzrə dünya çempionatının "play-off" mərhələsinin cavab oyunu keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan milli komandası Tümendə Rusiya yığmasının qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 2:3 hesabı ilə uduzan millimiz səfərdə məğlub olmasa da, dünya çempionatından kənarda qaldı.

Final mərhələsinə vəsiqə qazanmaq üçün rəqibini ən azı 2 top fərqi ilə məğlub etməli olan millimiz Rusiya yığması ilə 2:2-lik bərabərə qaldı.

Qollar: Pereverzev, 5 (1:0), Serjio, 18 (1:1), Fukin, 22 (2:1) Jader, 30 (2:2)

Xəbər lenti

Xəbər lenti