...

London Olimpiadasına qatılacaq idmançılara bir sıra qadağalar qoyuldu

İdman Materials 19 Aprel 2012 17:14 (UTC +04:00)
Beynəlxalq Olimpiya Komitəsi Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq idmançılara bir sıra qadağalar qoyub.
London Olimpiadasına qatılacaq idmançılara bir sıra qadağalar qoyuldu

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev/

Beynəlxalq Olimpiya Komitəsi Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq idmançılara bir sıra qadağalar qoyub.

Trend-in Türkiyənin Sporx.com saytına istinadən verdiyi məlumata görə, həmin qadağalara əməl etməyən idmançıların turnirdən kənarlaşdırılacağı bildirilir.

Belə ki, Olimpiya Oyunlarında idmançılara sosial şəbəkələrdən istifadəyə, foto və video çəkilişə icazə verilməyəcək.

Həmçinin bədənlərində hər hansı bir döyməsi olan idmançı bunu sildirmək məcburiyyətində qalacaq. Bundan başqa, idmançıların oyunlar zamanı geyindikləri formalar digər şəxsə pulla satılmayacaq. İdmançılar və onların yaxınları turnir zamanı heç bir oyuna pul qoyuluşu edə bilməzlər. "Facebook" və digər sosial şəbəkələrdə idmançılar öz şəkillərini dostlarına göndərə bilməyəcəklər. Olimpiada bölgəsinə heç bir qonaq - hər hansı bir idmançının ailə üzvləri, media nümayəndələri və sabiq olimpiya çempionları qəbul edilməyəcək. Siyasi məqsədli hərəkətlərə, çıxışlara icazə verilməyəcək. İdmançıların müsabiqə zamanı rəqibləri ilə əl sıxışmaları və öpüşmələri qadağan olunacaq.

Xəbər lenti

Xəbər lenti