Azərbaycan, Bakı, 9 may /Trend/
Mayın 10-da Şağan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əiyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi boks turnirinə start veriləcək.
Trend Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, yarışda Azərbaycan komandası ilə yanaşı, Macarıstan, Bolqarıstan, Rusiya, Özbəkistan, Ukrayna, Qazaxıstan, İsrail, Gürcüstan və Hindistan boksçuları da iştirak edəcəklər.
Yarışın rəsmi açılış mərasimi mayın 10-da saat 15:00-da olacaq. Final döyüşləri mayın 13-də saat 14:00-da başlayacaq.
Azərbaycan milli komandası turnirdə geniş tərkibli heyətlə mübarizə aparacaq. Yarışda fərqlənən bokçularımız yığmamızın heyətinə cəlb ediləcək və onlar iyunun 23-dən iyulun 1-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyində güclərini sınayacaqlar.