Azərbaycan, Bakı, 16 may /Trend/
Azərbaycan milli komandasının kapitanı, "Qarabağ" klubunun üzvü Rəşad Sadıqov zədəli olduğu üçün millinin mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Baş məşqçinin göstərişi ilə millinin təlim-məşq toplanışına əvvəlcədən ehtiyat futbolçu kimi göstərilmiş Əli Gökdəmir (Hannover 96, Almaniya) dəvət olunub.
Xatırladaq ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.