...

Azərbaycan və Gürcüstan UEFA-ya sifariş ərizəsini hazırlamaq üçün birgə işçi qrupu yaradırlar

İdman Materials 1 İyun 2012 18:10 (UTC +04:00)
Azərbaycan və Gürcüstan 2020-ci il Avropa çempionatının keçirilməsi ilə bağlı iyunun 30-dək UEFA-ya birgə sifariş ərizəsini hazırlamaq üçün 10 gün ərzində birgə işçi qrupu yaradacaqlar.
Azərbaycan və Gürcüstan UEFA-ya sifariş ərizəsini hazırlamaq üçün birgə işçi qrupu yaradırlar

Gürcüstan, Tbilisi, 1 iyun /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan və Gürcüstan 2020-ci il Avropa çempionatının keçirilməsi ilə bağlı iyunun 30-dək UEFA-ya birgə sifariş ərizəsini hazırlamaq üçün 10 gün ərzində birgə işçi qrupu yaradacaqlar. Trend-in məlumatına görə, bu barədə cümə günü Batumidə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Mətbuat konfransından əvvəl hər iki ölkənin futbol qurumunun rəhbərləri bağlı qapılar arxasında görüş keçiriblər.

Siçinava deyib ki, görüş zamanı konkret məsələlər - matçların keçirilmə yerləri, emblemlər və yaradılan qrupun həll edəcəyi digər məsələlər müzakirə edilib.

"UEFA məhz Gürcüstan və Azərbaycan kimi ölkələrdə futbolun inkişafına kömək etməlidir", - o qeyd edib.

Abdullayev bildirib ki, "Redisson" hotelində keçirilən görüş zamanı Avro-2020-nin final mərhələsinin birgə keçirilməsi haqqında məsələ müzakirə edilib.

Siçinava və Abdullayev Avropa çempionatına birgə yüksək səviyyədə ev sahibliyi etmək imkanına nikbin baxırlar. Hər iki qurumun rəhbəri qeyd ediblər ki, Gürcüstan və Azərbaycan hakimiyyətləri futbol infrastrukturunun inkişafına hərtərəfli kömək etməyə hazırdır.

Birgə işçi qrupuna AFFA və GFF-nin baş katibləri rəhbərlik edəcək.

Növbəti görüş Bakıda keçiriləcək.

Bu, hər iki ölkənin Avro-2020-yə birgə ev sahibliyi etmək ideyasının irəli sürülməsindən sonra federasiya prezidentləri səviyyəsində ilk görüşdür. Bu fikri Gürsüstan Prezidenti Mixail Saakaşvili bu il Bakıya səfəri zamanı Milli Məclisdə çıxışında bildirib.

Xəbər lenti

Xəbər lenti