...

"Rubin", "Karpatı", "Samsunspor" və "Dinamo" Tbilisinin gənc futbolçuları Bakıya gələcək

İdman Materials 21 İyun 2012 10:58 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) uşaqlar arasında beynəlxalq futbol turniri keçirəcək.
"Rubin", "Karpatı", "Samsunspor" və "Dinamo" Tbilisinin gənc futbolçuları Bakıya gələcək

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Beynəlxalq Bankı (ABB) uşaqlar arasında beynəlxalq futbol turniri keçirəcək. Trend-in məlumatına görə, bankın mətbuat xidmətindən bildiriblər ki, turnir iyunun 25-dən 30-dək Mərdəkandakı "Dalğa Arena"-da keçiriləcək.

Yarışda 8 ölkədən 13-14 yaşlılardan ibarət peşəkar klublar iştirak edəcək. Yarışda Azərbaycanı "İnter" komandası təmsil edəcək. Turnirin digər iştirakçıları "Rubin" (Rusiya), "Karpatı" (Ukraina), "Kotkas" (Estoniya), "Samsunspor" (Türkiyə), "Dinamo Tbilisi" (Gürcüstan), "Slaviya" (Bolqarıstan) və "Brommapojkarna" (İsveç) iştirak edəcəklər.

Futbol yarışı AFFA və Bakı Futbol Federasiyasının təşkilatçılığı, "İnter" futbol klubunun dəstəyi və Azərbaycan Beynəlxalq Bankının sponsorluğu ilə keçiriləcək. Bu il turniri 8 komandanın iştirakı ilə keçirilməsinə baxmayaraq, yarışa olan böyük marağə nəzərə alaraq turniri hər il və daha çox klubun iştirakı ilə keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti