...

Azərbaycan Güləş Federasiyasının baş katibi Almaniyada keçiriləcək turnirdə baş hakim olacaq

İdman Materials 26 İyun 2012 14:35 (UTC +04:00)
Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri beynəlxalq turniri keçiriləcək. Turnirdə hər iki növ üzrə yığma komandamızın ümumilikdə 6 üzvü iştirak edəcək. Trend-in məlumatına görə, Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov Almaniya Qran-Prisinin baş hakimi kimi yarışlara nəzarət edəcək
Azərbaycan Güləş Federasiyasının baş katibi Almaniyada keçiriləcək turnirdə baş hakim olacaq

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri beynəlxalq turniri keçiriləcək. Turnirdə hər iki növ üzrə yığma komandamızın ümumilikdə 6 üzvü iştirak edəcək. Trend-in məlumatına görə, Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov Almaniya Qran-Prisinin baş hakimi kimi yarışlara nəzarət edəcək.

AGF baş katibi Əjdər Cəfərov turnirin idmançıların öz hazırlıqlarını yoxlamaq baxımından əhəmiyyətli olduğunu bildirdi.

"Olimpiya Oyunları öncəsi güləşçilərin öz qüvvələrini sınayacağı son turnirlərdən biri olan Almaniya Qran-Prisi bütün ölkələr üçün əhəmiyyətlidir. Güləşçilər həm rəqiblərin son hazırlığını izləyəcək, həm də öz hazırlıqlarını təhlil etmək imkanı əldə edəcəklər. Bu baxımdan turnirin əhəmiyyəti böyükdür. Məşqçilər də öz növbəsində digər ölkə təmsilçilərinin son vəziyyətini müşahidə edərək, Olimpiadaya qalan son bir ay ərzində yığma üzvlərinin daha yaxşı hazırlaşmaları üçün imkan əldə edəcəklər".

Xatırladaq ki, Almaniya Qran-Prisində yunan-Roma güləşi yarışlarında Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq), sərbəst güləş yarışlarında isə Hacı Əliyev (60 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev (74 kq) və Məhəmmədhacı Xatiyev (84 kq) öz qüvvələrini sınayacaq.

Xəbər lenti

Xəbər lenti