...

London Olimpiadasının təşkilatçıları fərdi WiFi şəbəkəsinə qadağa qoyublar

İdman Materials 25 İyul 2012 16:27 (UTC +04:00)
London Olimpiadasının tamaşaçılarına qacetlərin bəzi növlərini, o cümlədən fərdi WiFi çıxış nöqtələrini, simsiz rabitə üzrə internetin "paylaşılması" rejimində işləyən smartfonları idman obyektlərinə gətirmək qadağan edilib.
London Olimpiadasının təşkilatçıları fərdi WiFi şəbəkəsinə qadağa qoyublar

Azərbaycan, Bakı, 25 iyul /Trend/

London Olimpiadasının tamaşaçılarına qacetlərin bəzi növlərini, o cümlədən fərdi WiFi çıxış nöqtələrini, simsiz rabitə üzrə internetin "paylaşılması" rejimində işləyən smartfonları idman obyektlərinə gətirmək qadağan edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü London Yay Olimpiya Oyunlarının rəsmi saytında dərc olunan sənəddə deyilir.

Yarış təşkilatçıları tribunalarda soyuq və odlu silahlar, alkoqol və ev heyvanlarına qarşı tətbiq etdikləri qadağalar siyahısına cib radiostansiyalar, radioskanerlər və siqnal boğucularını da əlavə ediblər.

"Olimpiya obyektlərinin daxilində Android-smartfonlar kimi qacetlər, iPhone və planşet kompüterlərindən istifadəyə icazə verilib. Lakin onlar bir neçə qurğunun qoşulması üçün simsiz çıxış nöqtəsi kimi istifadə edilə bilməz", - sənəddə deyilir.

Qeyd edək ki, bu, belə qeyri-adi qadağaların tətbiq edildiyi ilk Olimpiadadır.

Xəbər lenti

Xəbər lenti