...

Azərbaycanın avarçəkəni Nataliya Mustafayeva finala yüksələ bilmədi

İdman Materials 2 Avqust 2012 15:28 (UTC +04:00)
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Nataliya Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) 1/2 final mərhələsində mübarizəyə qoşulub.
Azərbaycanın avarçəkəni Nataliya Mustafayeva finala yüksələ bilmədi

Azərbaycan, Bakı, 2 avqust /Trend/

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Nataliya Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) 1/2 final mərhələsində mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, idmançımızın rəqibləri Frida Svensson (İsveç), Genevra Ston (ABŞ), Xiuyun Janq (Çin), Fie Udbi Eriçsen (Danimarka) və Emma Tuiqq (Yeni Zelandiya) olub.

Avarçəkənimiz 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda altıncı yeri tutub. Bununla da Mustafayeva final mərhələsinə yüksələ bilməyib.

Qeyd edək ki, qrupda ilk 3 yeri tutanlar finala vəsiqə qazanıblar.

Xəbər lenti

Xəbər lenti