Azərbaycan, Bakı, 17 avqust /Trend/
Trend oxucularına Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra görüntüləri təqdim edir.
Stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının "Samhwa Telecom" şirkəti tərəfindən həyata keçirilmişdir. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulmuşdur.