Azərbaycan, Bakı, 29 avqust /Trend/
"Bakı" klubunun futbolçusu Gürcüstan yığmasına çağırılıb.
Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, "Bakı"nın şərəfini qoruyan müdafiəçi George Popxadze dünya çempionatının seçmə oyunları çərçivəsində baş tutacaq Belarus (7 sentyabr) və İspaniya (11 sentyabr) oyunlarında iştirak etmək üçün Gürcüstan milli komandasınn düşərgəsinə dəvət olunub.