Azərbaycan, Bakı, 31 avqust /Trend/
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-İsrail oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, matçın baş hakimi Matej Jug, onun köməkçiləri Marko Stancin, Milan Kogej, dördüncü hakim isə Slavko Vincic olacaq.
Hakimlər briqadası Sloveniyadandır.
Oyunun hakim-inspektoru Peter Fröjdfeldt (İsveç), komissarı isə Mixail Varabyov (Belarus) təyin olunub.